Röya Yaşarla "Gəlmə yaxınıma" dedi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Röya Yaşarla "Gəlmə yaxınıma" dedi
Xalq artisti Röya Ayxan bu aya olan sayca ikinci duet layihəsini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi Xalq artisti Miri Yusifdən sonra müğənni Yaşar Cəlilovla duet oxuyub. Musiqisi Pərviz Mahmudova, sözləri Leyli Erola və aranjimanı Tərlan Məmmədhüseynova məxsus mahnı "Gəlmə yaxınıma" adlanır.

Cütlük mahnını ekranlaşdırmaq üçün yenə Fərhad Əliyə müraciət edib. Çəkilişlər Bakıda aparılıb. Röyanın imici üzərində stilist Elnur Həsənov çalışıb.

Klip R.Ayxanın rəsmi "Youtube" səhifəsində yerləşdirilib.

Xatırladaq ki, layihənin prodüserləri Vüsal Rzazadə və Vüsalə Kərimovadır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          983 19.02.20 23:57