Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət: Əksər xəstəliklərin səbəbi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |    

Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət: Əksər xəstəliklərin səbəbi

Beyin, qan, ürək, böyrəklər, qaraciyər, neyronlar, sinirlər, gözlər su ilə fəaliyyət göstərir, normal funksiyaları üçün əsas komponentlərdən biri də sudur.

Əgər orqanizm susuzdursa, o zaman bütünlükdə bədən, beyin, orqanlara neqativ təsir göstərir. İnsan yalnız susuyanda suya ehtiyacı olduğunu düşünür. Lakin bu belə deyil.

Bədəndə su çatışmazlığından yaranan əlamət və narahatlıqları təqdim edirik.

Əgər bu sadalananlardan ən azı 3-4ü sizdə varsa, deməli, dərmanınız sudur. Suyu bir qədər artırın.

1. Ağızda, dildə quruluq - ən açıq aşkar əlamətlərdən biridir.

2. Quru dəri, quru saçlar - dəri bədənin ən nəhəng orqanıdır. O, suyun çox hissəsini götürür.

3. Az tərləyirsiz – Axır vaxtlar az tərləyirsiz, bədən səthindən az su çıxırsa buna sevinməyin. Deməli, su az içirsiz və tərlə bədəndəki toksinlər çıxmır, elə orqanizmdə qalır
4. Gözlərdə sanki qum batma, yanma hissi – qırmızı, quru, yorğun, qızaran, yanan gözlər də su çatışmazlığını göstərir. Susuzluq gözləri məhv edir.

5. Oynaqlarda ağrı – az su içən insan gəzəndə dizləri ağrıyır, əsasən iş görəndə, pilləkən çıxanda ağrı, sanki qırılma hissi, oynaq səsi gəlirsə, deməli qığırdaqlar susuzdur

6. Əzələ kütləsinin azalması, arıqlama – Əzələ toxuması 60% sudan ibarətdir. Əgər siz normal miqdarda onlara su vermirsizsə, əzələ kütləsi yığa bilməyəcəksiz. Ona görə idmandan sonra su içmək çox vacibdir.

7. Tez-tez xəstələnmək və gec bərpa olmaq – qrip, virus xəstəliklərində orqanizm toksinləri çıxarmaq üçün suya ehtiyac duyur. Lazım olan vaxtda su tapmayan orqanizm viruslarla mübarizə apara bilmir. Su az içən insanlar gec sağalır.

8. Yorğunluq, halsızlıq – Orqanizmdəki susuzlaşma qanda oksigen azlığı yaradır, beləcə insan oksigen aclığı yaşayaraq, dincələ bilmir, işləyə bilmir, yorğun, enerjisiz olur.

9. Həzm problemləri – mədə şirəsi, bağırsaq işi su ilə çalışır. İnsanın ağız boşluğu daim nəm, sulu olmalıdır. Bağırsaq, mədə selikli qişa su ilə çalışır. //ölkə.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 19.02.20 22:05