İlkin Süleymanovun vəkilləri: “İstintaq materialları bizdən gizlədilir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:36 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |    

İlkin Süleymanovun vəkilləri: “İstintaq materialları bizdən gizlədilir”

Tovuz rayonu Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkilləri istintaqın gedişatından narazıdırlar.

Vəkil Zabil Qəhrəmanov Oxu.Az-a bildirib ki, iş üzrə istintaq materialları vəkillər üçün qapalıdır, bu isə prosedur qaydalarının pozulmasıdır.

“Qanuna görə, təqsirləndirilən şəxs və onun vəkili cinayət işinin materialları ilə tanış olmaq hüququna malikdir. Bu, onlara toplanmış sübutları qiymətləndirməyə, əlavə istintaq hərəkətləri üçün vəsatət təqdim etməyə və məhkəmədə iştirak üçün mövqelərini formalaşdırmağa imkan verir. İstintaq 10 gün ərzində müdafiə tərəfini iş materialları ilə tanış etməlidir. Amma biz hətta qətlə yetirilən Nərmin Quliyevanın cəsədinin yarılma müayinəsində hansı rəyin verildiyini və istintaqın onu nə vaxt aldığını bilmirik. Bizə ittihamın mahiyyəti və məzmunu barədə məlumat verilməli idi”, - deyə Z. Qəhrəmanov bəyan edib.

Yanvar ayının sonunda İ.Süleymanovun vəkilləri müvəkkilinə münasibətdə məhkəmə tibbi ekspertizasının təyin edilməsi xahişi ilə Azərbaycan Baş Prokurorluğuna müraciət edib.

İ.Süleymanov məhkəmədə onlarla görüşərkən, həbs edildikdən sonra aldığı bədən xəsarətlərini göstərib. Saxlanılan şəxs bütün etiraflarını fiziki təzyiq və işgəncə altında etdiyini bildirib.

Ancaq 20 gündən çox vaxt keçməsinə baxmayaraq, prokurorluq müdafiə tərəfinin tələbinə cavab verməyib.

“İlkini istintaq təcridxanasında gördüm və istintaq orqanının cavabını gözləyirəm. Müdafiə tərəfinin bəzi arqumentləri var, amma bunları açıqlamırıq. Sonra ictimaiyyət bunları öyrənəcək”, - deyə vəkil əlavə edib.

Qeyd edək ki, təqsirləndirilən şəxsin üç vəkili var: Gəncə bürosunu təmsil edən Zabil Qəhrəmanov, həmçinin Vəkillər Kollegiyasının Bakı bürosundan Əlibaba Rzayev və Murtuzəli Abbasov.

İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Nərmin Quliyeva 21 noyabr saat 15:00-da qonşuların toy şənliyi zamanı qaçırılmışdı. Yanvarın 6-da onun yanmış meyiti yaşadığı evin yaxınlığında tapılıb. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 697 19.02.20 20:51