Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə vəfat edib.
1954-cü il təvəllüdlü xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna fevralın 13-də ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, kəskinləşmə mərhələsi, qırtlağın stenozu diaqnozu ilə daxil olub.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ölüm faktını Oxu.Az-a təsdiqləyib.
Xəstənin anamnezinə əsasən bildirilib ki, xəstəyə MOM-da “qırtlağın xərçəngi” xəstəliyinə görə kimyəvi terapiya təklif olunub, lakin xəstə və qohumları bundan imtina edib. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, bu gün saat 06:50-də xəstənin bioloji ölümü gerçəkləşib.
Ölümün səbəbi isə kəskin ağciyər-ürək çatışmazlığı, qırtlağın Cr-i, stenozla ağırlaşma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, subremissiya mərhələsi kimi qeyd olunub.
/oxu.az/