Azərbaycanda kart vasitəsilə narkotik satan şəxslər saxlanıldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

Azərbaycanda kart vasitəsilə narkotik satan şəxslər saxlanıldı - FOTO

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini İbrahim Əliyev tutulub.

Onun üzərində axtarış aparılan zaman 13 qram narkotik vasitə heroin, 5 qram isə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

İ.Əliyev ifadəsində pulu ödəniş terminalı vasitəsilə Biləsuvar rayon sakini İmamverdi Hüseynovun bank kartına yüklədikdən sonra narkotik vasitəni mobil telefonuna “google map” proqramı vasitəsi ilə göndərilən ünvandan götürdüyünü bildirib.

Keçirilən əməliyyat nəticəsində İmamverdi Hüseynov da yaşadığı Biləsuvar rayonunda tutularaq istintaqa təqdim edilib.

O, ifadəsində narkotik vasitələrin ölkə ərazisində satışını şəxsiyyəti istintaqa məlum olmayan Şirzad adlı İran vətəndaşının təşkil etdiyini və bu yolla əldə edilən pulların isə onun plastik kartlarında toplandığını bildirib.

İ.Hüseynovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı təmiz çəkisi 525 qram olan heroin, 130,503 qram tiryək, yaşadığı evdən isə narkotik vasitələrin satışında istifadə etdiyi müxtəlif şəxslərə məxsus plastik kartlar, narkotik vasitələrin dövriyyəsinin hesabatının aparıldığı qeydiyyat kitabçaları aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 852 19.02.20 15:54