Ən çox bu şəhər və rayonlar ölkə rəhbərliyinə şikayət ünvanlayır - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ən çox bu şəhər və rayonlar ölkə rəhbərliyinə şikayət ünvanlayır - RƏSMİ

2019-cu ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Kürdəmir, Laçın, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

Qeyd edilir ki, müraciətlərin çox olmasının həm obyektiv, həm də subyektiv səbəbləri vardır: “Narahatlıq doğuran məsələ odur ki, vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar. Əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayının real mənzərəni əks etdirən bir göstərici olduğunu nəzərə alsaq, deməliyik ki, Naftalan, Yevlax, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Masallı, Sabirabad, Şəmkir, Ucar, Yardımlı, Zəngilan, Zərdab, digər şəhər və rayonlarda bu rəqəm daha yüksək olub.

Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir və bu, onların yaranma səbəblərini aşkarlamağa, lazım gəldikdə, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görməyə və yaxud mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə baxılması, həmçinin qəbulların təşkili ilə bağlı müvafiq tövsiyələrin verilməsinə imkan yaradır. 2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 67,9 faizi ərizə, 31,8 faizi şikayət, 0,3 faizi isə təklifdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 072 19.02.20 11:17