Kağız üstündə boşanmalar - Yeni qanun bu fırıldağın da qarşısını alacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |    

Kağız üstündə boşanmalar - Yeni qanun bu fırıldağın da qarşısını alacaq

Azərbaycanda mənzil, sosial yardım almaq üçün kağız üstündə boşananların sayı günü-gündən çoxalır. Bunu məcburi köçkünlər arasında boşanmaların sayının artması da sübut edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bir müddət öncə Ədliyyə Nazirliyi bölgələr üzrə boşanmaların statistikasını açıqlayıb. Həmin statistikada ən çox maraq doğuran məqam Yuxarı Qarabağ iqtisadi rayonu üzrə boşanmaların ölkə səviyyəsindən yüksək olması olub.

Ailə dəyərlərinin qorunmasına görə hər zaman nümunə olan bu bölgədə qurulan ailələrin daha çox dağılması təəccüb doğurmaya bilməzdi. Belə ki, əhalinin hər 1 000 nəfərinə görə boşanmalar Bakı şəhərində, Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub. Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən açıqlama isə məcburi köçkünlər arasında boşanmaların, sən demə, süni xarakter daşıdığını, əslində bu bölgələrdə boşanma hallarının əlavə mənzil əldə etmək məqsədi güddüyünü üzə çıxardıb. Sözsüz ki, süni boşanmaların ölkə üzrə boşanma statistikasının ilbəil böyüməsində rolu böyükdür. Bəs görəsən, süni boşanmaların qarşısını hansı yolla almaq mümkündür? Boşanmaq üçün məhkəmələrə müraciət edən cütlüklərin bu niyyətini necə üzə çıxartmaq olar?

Vəkil Vüsalə Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda boşanmaq üçün məhkəməyə müraciət edənlərin məqsədini öncədən müəyyən etmək çətindir. Məhkəmələrin vəzifəsi boşanmaq üçün müraciət edən şəxslərə maksimum üç ay düşünmək üçün vaxt verməkdir: "Nikah könüllü olduğundan, boşanmaq üçün müraciət edən ər və arvadın iradələri də qeydə alınır. Məhkəmənin boşanmaq üçün ərizə yazan ər-arvadı boşamamağa səlahiyyəti çatmır".

V.Cəfərli süni boşanma niyyətlərini vəkillərin başa düşdüyünü söyləyir:

"Təəssüf ki, Azərbaycanda mənzil, sosial yardım almaq üçün kağız üstündə boşananlar çoxdur. Tərəflər boşanma ərizəsi yazmaq üçün vəkilə müraciət edəndə hüquqşünaslar onların boşanmaq niyyətinin ciddi olub-olmadığını anlayırlar. Amma məhkəmələrin belə bir imkanı yoxdur. Məhkəmələrin işi çoxdur. Onların bunu araşdırmağa nə vaxtı var, nə də ki həvəsi".
Vəkilin sözlərinə görə, kağız üstündə boşananlar əksər hallarda aliment iddiası qaldırmırlar, aralarında kəskin mübahisə yaranmır. Ən əsası isə hər iki tərəf elə ilk məhkəmədə boşanmağa razı olduqlarını söyləyirlər. Tərəflərin heç biri boşanmağa qarşı çıxmır. Elə bu kimi nüanslardan tərəflərin məqsədli boşandıqlarını müəyyən etmək olar. Amma hətta bu halda da məhkəmənin onların boşanmaq üçün müraciətinə rədd cavabı vermək səlahiyyəti yoxdur.

Amma vəkil yaxın zamanlarda qüvvəyə minəcək "Mediasiya haqqında qanun"un bu məsələyə müsbət təsirinin olacağını düşünür: "Mediatorların birinci məqsədi boşanmaq üçün məhkəməyə müraciət edən tərəfləri barışdırmaqdır. Artıq bu məqsədlə mediatorlara təlimlər keçirilir. Orada bu məsələ daha tez ortaya çıxacaq. Mediatorlar tərəflərin əsl məqsədini anlayacaqlar. Hakimlərinsə boşanmaq üçün müraciət edən şəxslərin evdə mehriban şəraitdə yaşayıb-yaşamadığını araşdırmaq imkanı yoxdur".

Cəfərlinin sözlərinə görə, “Mediasiya haqqında qanun" qüvvəyə mindikdən sonra boşanmaların sayının azalması proqnozlaşdırılır.

Qeyd edək ki, ötən il Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 869 nikah və 17 148 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 237 18.02.20 21:10