Bərdə rayonunda gənc oğlan faciəli şəkildə ölüb.
Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Kələntərli kəndində baş verib.
Kənd sakini, 1998-ci il təvəllüdlü epilepsiya xəstəsi İsgəndərov Elməddin İsgəndər oğlu yaşadığı evdə yatdığı vaxt epilepsiya tutub. O xəstəliyin təsirindən otaqda çarpayısının yanındakı yanan qaz sobasının üstünə düşərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.