Küçədə dava düşdü, məsələyə Faiq Ağayev qarışdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Küçədə dava düşdü, məsələyə Faiq Ağayev qarışdı - VİDEO
Bəstəkar-müğənni Murad Arifin “Youtube”da yayımlanan “Popumuz var” proqramında qonaq olan Xalq artisti Faiq Ağayev nümunəvi addım atıb.

Avtomobil ilə Fəvvarələr meydanının yaxınlığından keçən F.Ağayev və M.Arif iki şəxsin dava etdiyini görüblər.

Davanın əlbəyaxaya çevrildiyini görən Xalq artisti avtomobildən düşüb və tərəfləri ayırmaq üçün mübahisə edən şəxslərə yaxınlaşıb. Müğənni köməkçisi ilə birgə əlbəyaxa olan ikilini sakitləşdirmək üçün davaya müdaxilə edib.

İstəyinə nail olan Xalq artisti Faiq Ağayev hadisəni belə şərh edib:

“Belə şeylərə dözmürəm. Elə bildin ki, bunu sənə görə (red: Murad Arif) etdim? Bir siqaretə, ehtiyatsız bir sözə görə insan niyə içəridə yatsın? İçəriyə girən insanın psixologiyası dəyişir. İstəmirəm belə şeylər olsun. Nümunə olmaq lazımdır”.




скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          5 900 17.02.20 17:04