Bu rayonda qaz təchizatı dayandırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bu rayonda qaz təchizatı dayandırıldı

Bakının Nəsimi rayonu ərazisində təbii qaz təchizatında məhdudiyyət yaranıb.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, gecə saatlarından Cavadxan küçəsində təbii qazın verilişində fasilə yaranıb.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə qaz sızması olub:

“Sözügedən ərazinin yaxınlığında diametri 76 mm olan yeraltı qaz xəttində sızma aşkarlanıb. Problemin aradan qaldırılması üçün əməkdaşlar əraziyə yollanıb. Sızma nöqtəsi dəqiqləşdirildikdən sonra ərazidə təmir işlərinə başlanılacaq.

Ümumilikdə işlər təxminən üç saata qədər vaxt ala bilər. Problem tam şəkildə aradan qaldırıldıqdan sonra ərazinin təbii qaz təchizatı ilə təminatı bərpa ediləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 629 17.02.20 14:30