Bakıda qaydaları pozan sürücülərin görüntüləri - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda qaydaları pozan sürücülərin görüntüləri - VİDEO
Bakıda yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücülərin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Birinci hadisədə 99-UP-076 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil qoşa xəttin tələblərini pozaraq, qarşı yola çıxıb və işıqforun qırmızı işığından keçib.

Digər hadisədə 90-MC-007 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobil 1.3 üfüqi nişanlama xəttini pozaraq, tuneldə qarşı yola çıxıb. Bununla kifayətlənməyən sürücü ziqzaqvari hərəkət edərək, əvvəlcə yolun ən sağ zolağına çıxıb, daha sonra isə qəfil sola manevr edib və sol zolağa keçib.

Üçüncü paylaşılan videoda isə üç avtomobilin qayda pozuntusu əks olunub. Belə ki, 99-UE-350 dövlət nömrə nişanlı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozub və əks yola çıxaraq, qarşıdan gələn avtomobillərə təhlükə yaradıb.

90-TZ-200 dövlət nömrə nişanlı maşının sürücüsü avtomobili işıqforun qırmızı işığında sürüb.

Növbəti görüntülərdə isə 10-XA-203 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobil qarşıda tıxac olduğunu görərək, qoşa xəttin tələblərini pozub və qarşı yola çıxıb.
/oxu.az/


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          991 17.02.20 14:22