“Jara-2020”də ilk: Türk müğənniləri də çıxış edəcək - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Jara-2020”də ilk: Türk müğənniləri də çıxış edəcək - VİDEO
İyulun sonu baş tutacaq “Jara-2020” beynəlxalq musiqi festivalında ilk dəfə türk sənətçiləri də çıxış edəcək.

“Jara”nın rəsmi “Instaqram” hesabında Türkiyənin məşhur rok qrupu “Manga”nın festivalda çıxış edəcəyinin anonsu verilib.

29 iyul-2 avqust tarixlərində keçiriləcək festivalda “Manga” avqustun ilk günü səhnə alacaq.

Qeyd edək ki, 2010-cu ildə keçirilən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Türkiyəni təmsil edən “Manga” qrupu “We cold be the same” mahnısı ilə ölkəsinə ikincilik gətirib.

          860 17.02.20 13:54