Qubada yanğın baş verib.
"Report"un verdiyi məlumata görə, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.
Kənd ərazisində iki qardaşa məxsus evlər yanır. Hadisə yerinə FHN-in Quba rayon Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb edilib. Sakinlər yanğınsöndürənlərin gec çatmasından şikayətlənirlər.
Qeyd edək ki, rayon mərkəzindən Yerfi kəndinə məsafə 50 kilometrdən artıqdır.