Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, minik avtomobilinin aşması nəticəsində, 1959-cu il təvəllüdlü Sara Əsəd qızı İsmayılova aparıldığı xəstəxanada ölüb.
Qəzada xəsarət alanlar, 1987-ci il təvəllüdlü Gülnar Malik qızı İsmayılova, 1986-c il təvəllüdlü Fərrux Şöhrət oğlu İsmayılov və onun yeddi yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.