Almaniyadakı qaçqın düşərgəsində dava salan azərbaycanlı barədə qərar verildi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Almaniyadakı qaçqın düşərgəsində dava salan azərbaycanlı barədə qərar verildi - FOTO

2019-cu ilin avqust ayında Almaniyanın Deggendorf şəhərində mühacir düşərgəsində kütləvi davaya görə həbs edilən azərbaycanlı ilə bağlı məhkəmə yekunlaşıb.

Br.de saytının verdiyi xəbərə görə, azərbaycanlılarla nigeriyalar arasında düşərgədə başlanan kütləvi davada 30-a yaxın adam iştirak edib. Kütləvi davaya polis müdaxilə etməyə məcbur olub. Bu zaman 37 yaşlı bir azərbaycanlı polis əməkdaşlarına daş ataraq yaralayıb.

Həmin hadisə ilə bağlı ilk olaraq altı nəfər saxlanılıb, ikisi polisin nəzarətinə verilib, dördü isə həbs edilib. Onlardan ikisi 19 yaşlı və 37 yaşlı azərbaycanlılar olub. İstintaq zamanı 19 yaşlı azərbaycanlı da azadlığa buraxılıb.

Sonuncu məhkəmə iclasında isə 37 yaşlı azərbaycanlı günahını etiraf edərək davanın hansı səbəbdən başladığından məlumatsız olduğunu deyib. O bildirib ki, sərxoş olduğu üçün səbəbini bilmədiyi davaya qarışıb və polislərə daş atıb. 37 yaşlı azərbaycanlı məhkəmədə xəsarət yetirdiyi polis əməkdaşlarından üzr istəyib.

Prokuror çıxış edərək onun iki il altı ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə isə cinayəti səmimi etiraf etdiyini, zərərçəkmişlərdən üzr istədiyini nəzərə alaraq 37 yaşlı azərbaycanlıya şərti cəza verib və o, azadlığa buraxılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            889 14.02.20 13:03