10 yaşlı oğlandan “hamilə qalan” qızla bağlı əsl həqiqət - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

10 yaşlı oğlandan “hamilə qalan” qızla bağlı əsl həqiqət - TƏFƏRRÜAT

Rusiyanın Krasnoyarsk diyarında 10 yaşlı məktəblidən hamilə qaldığı deyilən 13 yaşlı Daryanın uşağının əsl atası məlum olub.

“Komsomolskaya pravda”nın öz mənbələrinə istinadla verdiyi məlumata görə, uşağın atası 15 yaşlı yeniyetmə imiş.

Nəşrin müsahibinin sözlərinə görə, 15 yaşlı yuxarı sinif şagirdinin atalığı ekspertiza tərəfindən təyin olunub. O, çoxdandır Daryanı özünə cəlb etmək istəyirmiş.

“Sən təkcə Saşa ilə yox, çoxları ilə gəzirsən. Onda niyə mənimlə də olmasın? Razılaş, yoxsa Saşa qarışıq hər kəs sənin necə biri olduğunu öyrənər”, - deyə 15 yaşlı yeniyetmə oğlan Daryanı hədələyib.

Hamilə məktəblinin sözlərinə görə, yuxarı sinif şagirdi onu “bu işə” məcbur edib. O, hamilə olduğunu öyrənəndə isə uşağının atası olmağa 10 yaşlı Saşanı layiq bilib.

Nəşrin məlumatına görə, qızın ailəsi cinsi təcavüzlə bağlı polisə şikayət edib, 15 yaşlı yeniyetmə isə ev həbsinə salınıb. Yeniyetmə təqsirini etiraf edib.

Xatırladaq ki, yanvarın ortalarında yeddinci sinif şagirdinin hamiləliklə bağlı xəstəxanaya düşdüyü barədə məlumat yayılmışdı. Məktəbli qız uşağı saxlamaq qərarına gəlmişdi.

Krasnoyarsk diyarının müstəntiqləri hadisə ilə bağlı cinayət işi qaldırıb. Onların məlumatına görə, noyabr ayında 13 yaşlı məktəbli tanışı ilə cinsi əlaqəyə girib və hamilə qalıb. Qurum əməkdaşları nə oğlanın yaşını, nə də başqa təfərrüatları açıqlamasalar da, uşağın atası qızın görüşdüyü 10 yaşlı məktəbli elan edildi.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 317 13.02.20 19:32