Bakıda "protiv" gedən "Prado"nun avtobusla dəhşətli toqquşma anı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda "protiv" gedən "Prado"nun avtobusla dəhşətli toqquşma anı - VİDEO
Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Median.Az
avtosfer.az-a istinadən xəbər verir ki, gecə saatlarında əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin sürücünün başı mobil telefona qarışdığı üçün qarşıdan gələn avtobusu görmür. Nəticədə dəhşətli qəza hadisəsi baş verir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, son vaxtlar qəzaların 70 faizi sürücü diqqətsizliyindən baş verir. "Sürücülərə tövsiyə edirik ki, sükan arxasında maksimum dərəcədə diqqətli olsunlar. Mobil telefondan istifadə etməsinlər. Eyni zamanda, sərnişinlər də müxtəlif vasitələrlə sürücünün diqqətini yayındırmasınlar. Bütün bunlar ilk növbədə siz sürücülərin və sərnişinlərin həyatı üçün təhlükəlidir."


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 492 13.02.20 18:56