MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib » Median.Az - Bütün xəbərlər bir ünvanda


MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib
Mərkəzi Seçki Komissiyasının(MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.

"Report” xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          515 13.02.20 18:04