AFFA futbolçuları cəzalandırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

AFFA futbolçuları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Median.Az
AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turunda baş verənlər müzakirə olunub.

Premyer Liqanın XVI turunun “Sumqayıt”–“Zirə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XVI turunun “Sumqayıt”–“Zirə” oyununda qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə”nin futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

I Divizionun XIV turunun “Turan Tovuz”–“Səbail-2” oyununda polis və təcili yardım maşını vaxtında stadiona gəlməyib və bu səbəbdən oyuna 13 dəqiqə gec başlayıb. Təşkilati işlər qaydasında olmadığına görə meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59). I Divizionun XIV turunun “Sabah-2”–“Zaqatala” oyununda “Zaqatala” klubunun 17 nömrəli futbolçusu Bəhruz Teymurov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).

I Divizionun XIV turunun MOİK–“Kəpəz” oyununda “Kəpəz” klubunun 20 nömrəli futbolçusu Orxan Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 061 11.02.20 16:38