Mojo.az Banner
SON DƏQİQƏ
17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlər Kabineti vergi və gömrük sahəsində güzəşt və azadolmalar müəyyən edib

10.02.2020 23:40 4 788
Nazirlər Kabineti vergi və gömrük sahəsində güzəşt və azadolmalar müəyyən edib
Nazirlər Kabineti vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasını təsdiq edən qərarı izah edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olub. Bu məqsədlə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilib.

NK-nın qəbul edilmiş Qərarında

- vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına,

- güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına,

- güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə

- və güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair

tənzimləmələr nəzərdə tutulub.

Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi

- büdcə itkilərinin hesablanması,

- ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri,

- statistik məlumatlar,

- güzəşt tətbiq olunan vergi və mülkiyyət növü,

- vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası,

- idxal-ixrac əməliyyatları,

- dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcək.скачать dle 11.3

Son xəbərlər