Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan MSK-dan Milli Məclisə seçkilərlə bağlı AÇIQLAMA

10.02.2020 13:24 1 983
Gürcüstan MSK-dan Milli Məclisə seçkilərlə bağlı AÇIQLAMA
“Azərbaycan Mərkəzi Seçki Komissiyası bu seçkilərdə kifayət qədər təqdirəlayiq fəaliyyət göstərib. Seçkilər üçün ayrılan müddətin qısa bir dövrü əhatə etdiyini nəzərə alsaq, o zaman bunu təqdirəlayiq hesab etməyə borcluyuq. Mən buna görə də azərbaycanlı həmkarlarımı təbrik edirəm”.

Report xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərini müşahidə edən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Georgi Şarabidze keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə sağlamlıq məhdudiyyətli seçicilər üçün yaradılan şərait seçkilərin daha da inklüziv keçirilməsinə töhfəsini verib:

“Biz Bakıdakı dairələr üzrə ümumilikdə 10 məntəqədə müşahidələr aparmışıq. Bütün seçki məntəqələri 08:00-da açıq elan edilmişdi, eyni zamanda, bütün hazırlıq işləri bu ana qədər tam yekunlaşmışdı.

Müşahidə etdiyimiz məntəqələrdə hər hansı bir neqativ halla rastlaşmamışıq. Çünki hər kəs öz işini layiqli şəkildə icra edirdi. Seçicilər səs verirdi, müşahidəçilər və komissiya üzvləri də öz işlərini icra edirdilər. Həm müşahidəçilərin, həm də partiya nümayəndələrinin seçkiləri izləməsi üçün obyektiv şərait yaradılmışdı”.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının İnsan Resursları üzrə nümayəndəsi Georgi Kalandarişvili isə bildirib ki, 5000-dən çox seçki məntəqələri ilə müqayisədə 10-dan çox məntəqədə keçirdikləri müşahidələr ümumi seçkinin mənzərəsini açmağa kifayət etmir:

“Amma biz müşahidələr apardığımız dairələrdə mümkün qədər öz fəaliyyətimizi genişləndirməyə çalışmışıq. Xüsusilə qeyd edim ki, müşahidə apardığımız seçki məntəqələrini özümüz seçmişdik.

Bu da prosesin şəffaflığının göstəricilərindən biridir. Seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə etmişik. Bu zaman hər hansı kənar və süni yaradılmış müdaxilələrə rast gəlmədik”.скачать dle 11.3
Mojo.az Banner