MSK “sükut günü” ilə bağlı namizədlərə xəbərdarlıq edib » Median.Az - Bütün xəbərlər bir ünvanda


MSK “sükut günü” ilə bağlı namizədlərə xəbərdarlıq edib
“Deputatlığa namizədliyi qeydə alınmış şəxslər “sükut günü” seçkiqabağı təşviqat kampaniyası ilə məşğul olsa, həmin şəxslərlə bağlı MSK tərəfindən qanuna müvafiq addımlar atılacaq”.

Bunu APA-ya açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R. Qasımov bildirib ki, “sükut günü” təşviqat imkanlarından istifadə etmək istəyənlərin olmayacağına ümid edir.

“Bu cür hallar aşkarlanarsa, ciddi şəkildə qanun pozuntuları müşahidə edilərsə və araşdırma nəticəsində bunlar sübut olunarsa, seçki komissiyaları Seçki Məcəlləsi əsasında lazım olan bütün hüquqi addımları atacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Fevralın 8-i ölkədə "sükut günü"dür, təşviqat kampaniyası saat 08.00-dan dayandırılacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          568 07.02.20 21:44