Karantinə alınmış kruiz gəmisində koronavirusa yoluxanların sayı 60-ı keçdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Karantinə alınmış kruiz gəmisində koronavirusa yoluxanların sayı 60-ı keçdi

Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan “Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanların sayı 61-ə çatıb.

Bu barədə TASS Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinə istinadla məlumat verib.

Fevralın 7-nə olan məlumata görə, koronavirus Yaponiya, ABŞ, Avstraliya, Kanada və Argentina vətəndaşlarında müəyyən olunub.

Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Onların hər biri 14 gün müddətində kayutlarında karantində qalacaqlar.

Xatırladaq ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra “Diamond Princess” Yaponiya sahillərində lövbər atıb. Ötən gün 20 nəfərdə diaqnoz təsdiqlənmişdi.

Son məlumatlara görə, Çinin Hubey vilayətində yeni növ koronavirusdan ölənlərin sayı 618 nəfərə çatıb. Daha əvvəl Hubeydə koronavirusdan 549 nəfərin vəfat etdiyi bildirilirdi.

Məlumata əsasən, vilayətdə virusa yoluxanların sayı 22 112 nəfər təşkil edib. Bundan əlavə, 817 nəfər bu xəstəlikdən tamamilə sağalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            919 07.02.20 14:07