“SOY” prodakşının rəhbəri Kərim Abbasovdan 200 min manat təzminat tələb edir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


“SOY” prodakşının rəhbəri Kərim Abbasovdan 200 min manat təzminat tələb edir - VİDEO
“Bir dəfə mənə qarşı Oqtay cinayət işi açdırmışdı. Hakim gördü ki, gülməli mövzudur, qəbul etmədi. İndi də demədiyim bir kəliməyə görə, mülki iş üzrə məni məhkəməyə verib”.

Bu sözləri “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” səhər şousunda qonaq olan müğənni Kərim Abbasov deyib:

“Oqtay Əliyev məndən 200 min manat təzminat istəyir. Siz heç 200 mini üst-üstə görmüsünüz? Mən görməmişəm, yalan danışa bilmərəm. Məhkəmə prosesi fevralın 15-də olacaq. Prosesdə vəkilim iştirak edəcək, mən olmayacağam. Oqtaya demədiyim kəliməyə görə, insan məni necə məhkəməyə verir, nə oyunlar çıxarır, anlamıram. Amma etsin, Allah canını sağ eləsin. Amma mən sizi və ailənizi çox istəyirəm”.

“SOY” prodakşının rəhbəri Oqtay Əliyev müğənni K.Abbasovu yenidən məhkəməyə verib. O, müğənnidən 200 min manat təzminat istədiyini bildirib.

Qeyd edək ki, bir müddət öncə K.Abbasov “Instagram” səhifəsində O.Əliyevin qardaşı teleaparıcı Elçin Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini yazaraq, ünvanına nalayiq ifadələr işlətmişdi.
/oxu.az/

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 123 06.02.20 15:28