Sumqayıtda iki maşın toqquşdu, tıxac yarandı - VİDEO
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə səhər saatlarında şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, 01 CC 665 dövlət nömrə nişanlı, “Priora” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub.
İlkin ehtimala görə, “Priora” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirərək, qarşısında “Opel” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Yol-nəqliyyat hadisəsi Sumqayıt şəhərinin çıxışında tıxacın yaranmasına səbəb olub.
Hadisə yerinə Sumqayıt DYP əməkdaşları cəlb edilib.
/oxu.az/
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!