Rusiya klubu Şeydayevə görə cəzalandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |    

Rusiya klubu Şeydayevə görə cəzalandı

Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatası Moskva "Dinamo"sunun yeni futbolçuları qeydiyyatdan keçirməsinə qadağa qoyub.

"Report"un RFS-in rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb kimi Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt pozuntuların olması göstərilib.

Bundan başqa Şeydayevin əmək müqaviləsinin əsaslandırılmamış səbəblər olmadan pozulmasına və kompensasiya tələbinə dair ərizəsi qismən təmin edilib. Yeni oyunçuların qeydiyyatdan keçirilməsinə qadağa Şeydayev qarşısında öhdəliklər yerinə yetiriləcəyi təqdirdə götürülə bilər. Həmin öhdəlikləri RFS-in Mübahisələrin Həlli Palatası müəyyənləşdirib.

Qeyd edək ki, Ramil Şeydayev "Dinamo"ya 2019-cu ilin yayında "Krılya Sovetov"dan azad agent qismində keçib. 2020-ci ilin yanvarında Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni pozduğunu açıqlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 146 05.02.20 22:15