Azərbaycan qazının Ukraynaya tədarükünə dair müzakirə aparılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:20 Smartfon istehsalçılarının reytinqində lider dəyişdi  |     12:59 Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO  |     12:58 Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT (VİDEO)  |     12:56 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur - VİDEO  |     12:55 Biləsuvarda nömrəsiz motosiklet sürdü: 15 günlük həbs edildi  |     12:54 Laçında tikintisi gedən hava limanının SON GÖRÜNTÜLƏRİ - VİDEO  |     12:24 Tacikistana getmək istəyən Türkiyə vətəndaşları üçün YENİ QƏRAR  |     12:13 Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA  |     12:12 Elnur Məmmədov: “Valideynlərim üç il məni heç kimə göstərməyiblər”  |     12:11 Ermənilərin Xocalıda dağıtdıqları qəbiristanlıq bərpa edilir - VİDEO  |     12:05 Bakıda 12 yaşlı qızcığaz paltar almaq adı ilə qaçırıldı- DƏHŞƏTLİ FAKTLAR - VİDEO  |     12:02 Aİ nümayəndəliyi: “Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur”  |     11:45 Bayram günlərində 32 avtoqəza olub, doqquz nəfər ölüb  |     11:34 Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib  |     20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |    

Azərbaycan qazının Ukraynaya tədarükünə dair müzakirə aparılıb

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Xəzərin Azərbaycana aid yataqlarından təbii qazın tədarükünə dair danışıqlarının təfərrüatını açıqlayıb.

Median.Az
“Report”a istinadən xəbər verir ki, Ukrayna prezidenti enerji daşıyıcılarının nəql yollarının şaxələndirilməsinın mühüm məsələ olduğunu bildirib.

"Belə ki, Xəzər qazının TANAP boru kəməri ilə müvafiq bağlantılar vasitəsilə Ukraynaya nəql olunması barədə müzakirə apardıq”, - Ukrayna prezidenti məlumat verib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhədindən başlayır və Yunanıstan sərhədində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir. 2018-ci il iyunun 12-də TANAP-ın Türkiyə üçün qaz nəqlini nəzərdə tutan hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 280 03.02.20 22:16