İlham Əliyev Si Cinpinə başsağlığı verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

İlham Əliyev Si Cinpinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Sədr,

Ölkənizdə yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlər məni olduqca kədərləndirir.

Epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Çin Xalq Respublikası bu bəlanın öhdəsindən layiqincə gələcək.

Əmin ola bilərsiniz ki, bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və biz hər cür yardım göstərməyə hazırıq.

Xəstəliyə düçar olaraq vəfat edənlərin ailələrinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, virusa yoluxanların tezliklə sağalmasını arzulayıram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 999 01.02.20 17:15