Bakıda gəncin ölümünə səbəb olan motosikletçi hakim qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda gəncin ölümünə səbəb olan motosikletçi hakim qarşısında

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Ramin Təhmirazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icratına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayının 22-də paytaxtın Yasamal rayonunda baş verib.

Belə ki, Xəlilov Rahib Bəybala oğlu idarə etdiyi “Hyundai Tucson” markalı 90-BM-329 dövlət nömrə nişanlı avtomobillə Ə.Ələkbərov küçəsində hərəkətdə olarkən Təhmirazov Ramin Əli oğlunun idarə etdiyi 10-B-619 dövlət nömrə nişanlı motosikletlə toqquşub.

Hadisə nəticəsində motosikletdə olan sərnişin, 1997-ci il təvəllüdlü Əsgərov Xəyal Səbuhi oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən olunub ki, R.Təhmirazovun motosiklet sürmək hüququ olmayıb. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 522 31.01.20 13:39