Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:24 Arvadını xəncərlə öldürən ər: "Dedim ki, Səlimlə münasibətini etiraf et, səni bağışlayım" | 12:23 Krım körpüsü vuruldu: Hərəkət dayandı | 12:22 Saatyarımlıq gecikmə, sıfır məlumat: Sərnişinlər ADY-dən narazılıq edirlər | 12:20 Azərbaycanda daha bir vəkil həbs edildi | 12:19 Bakıda güclü külək 32 ağacı sındırıb | 12:18 Azərbaycan millisi bu gün Andorra sınağına çıxır | 12:08 Bakıda hasar uçdu: 48 yaşlı qadın öldü | 12:06 DSX-dən əməliyyat: Paraplan zərərsizləşdirildi, iranlı tutuldu - FOTO/VİDEO | 12:04 İki rayonda əməliyyat: Saxlanılanlar var | 12:02 637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat | 12:00 Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə maraqlı tapıntı - FOTO | 11:58 Bu il işləmək məqsədilə neçə Azərbaycan vətəndaşı Rusiyaya gedib? | 11:53 Estoniya Rusiya ilə sərhədi tamamilə bağlamağa hazırlaşır: Tarix açıqlandı | 11:51 Ombudsman Ağstafadakı partlayışla bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi | 11:39 Paytaxtda avtobus qəza törətdi, ölən var | 11:33 AZAL-ın İstanbul uçuşlarında yeni qayda | 11:28 Ağdaşda 26 yaşlı kişinin meyiti tapıldı | 11:19 Azərbaycan nümayəndələri Ermənistana gedirlər - FOTO | 23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın “Avroviziya”dakı rəqibləri bəlli oldu - FOTO

28.01.2020 23:41 3 328
Azərbaycanın “Avroviziya”dakı rəqibləri bəlli oldu - FOTO
May ayının 12, 14 və 16-da Hollandiyanın Rotterdam şəhərində keçiriləcək sayca 65-ci “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxış edəcəyi yarımfinal müəyyənləşib.

Median.Az
xəbər verir ki, bu barədə “Avroviziya Fanlarının Beynəlxalq Şəbəkəsi” “İNFE Azerbaijan” məlumat paylaşıb.

Xəbərə əsasən, Azərbaycan 2016-cı ildə olduğu kimi, birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Təmsilçimizlə birlikdə finala çıxmaq uğrunda mübarizə aparacaq ölkələr aşağıdakılardır.

1-ci yarımfinal: Şimali Makedoniya, Belarus, Latviya, İsveç, Sloveniya, Avstraliya, İrlandiya, Rusiya, Norveç, Kipr, Xorvatiya, Azərbaycan, Malta, İsrail, Ukrayna, Rumıniya, Belçika

2-ci yarımfinal: Avstriya, Moldova, Polşa, San Marino, Serbiya, İslandiya, Çexiya Respublikası, Yunanıstan, Estoniya, Danimarka, Bolqarıstan, İsveçrə, Finlandiya, Ermənistan, Latviya, Gürcüstan, Portuqaliya, Albaniya

Beynəlxalq musiqi müsabiqəsinin keçirməsində böyük əməyi olan qızıl beşlik ölkələri Fransa, Böyük Britaniya, İspaniya, İtaliya və Almaniya ötən illərdəki kimi yarımfinallarda deyil, birbaşa “Avroviziya”nın final mərhələsində çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan “Avroviziya”da 13-cü dəfə iştirak edəcək. İctimai Televiziyanın (İTV) rəsmi “Facebook” hesabında “Avroviziya” müsabiqəsinə gedəcək müğənni seçiminə və mahnı qəbuluna start verildiyi barədə məlumat yerləşdirilib.

Bu il Azərbaycanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbəri Leyla Quliyevadır. Ötən illərdə olduğu kimi, bu il də seçim turu İTV-də qapalı keçiriləcək. Azərbaycanı müsabiqədə təmsil edəcək namizədin kimliyi isə fevral ayında açıqlanacaq.//oxu.az

Son xəbərlər