“Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik”

Çin hökuməti tövsiyə edib ki, zərurət olmadıqda evdən bayıra çıxmayaq. Əslində şəhərə çıxmağa lüzum da yoxdu, çünki ictimai nəqliyyat işləmir, hər yer bağlıdır. Şəhərə giriş və çıxış qapadılıb.

Bunu Lent.az-ın əməkdaşıyla söhbətində Çinin Huazhong Elm və Texnologiya Universitetinin doktorantı, hazırda bütün dünyanın diqqətində olan və dəhşətli koronavirusun yayıldığı Uhan şəhərində təhsil alan Leyla Quliyeva bildirib.

Leyla xanımın dediyinə görə, əslində bir neçə gün əvvəl xəbər verilib ki, 4 saatdan sonra şəhər bağlanacaq, kim bacarsa, Uhanı tərk etsin.

“Amma bu barədə gec eşitdiyimizdən mən və bir neçə azərbaycanlı şəhəri tərk edə bilmədik. Hələ ki azərbaycanlılar arasında zərər çəkən yoxdur. Evdəyik, küçəyə çıxmırıq”.

Həmsöhbətimizin dediyinə görə, ərzaqla təminatlarıyla bağlı heç bir problem yoxdur. Həm yerli meriya, həm oxuduğu Universitet, həm də Çindəki Azərbaycan səfirliyi bu sarıdan onlara hər cür köməkliyi göstərir.

“Hazırda hökumət gücləndirilmiş iş rejiminə keçib. Şəhərdə qalanları daim qripə qarşı təlimatlandırırlar. Məsələn, bizə deyirlər ki, gündə bir neçə dəfə əllərinizi yuyun, spirtlə dezinfeksiya edin, paltarlarınızı dəyişin. Bütün bunları etməyə məcburuq. Biz burda qalacağıq, ya Azərbaycana qayıdacağıq, bu barədə rəsmi qərarı gözləyirik. Amma bir məqamı da qeyd edim ki, oxuduğum Universitet, necə deyərlər, tələsməməyi, bir qədər gözləməyi xahiş edir”.

Leyla xanım onu da deyir ki, Uhanda vəziyyət pis olsa da, dünya mediasının yazdığı kimi, fəlakətli deyil.

“Ölənlərin sayı rəsmi rəqəmlərdən çox deyil və şişirdilmiş rəqəmlərə inanmayın. Bu, bir qrip simptomudu. Çin hökuməti var gücüylə epidemiyanın qarşısını almağa çalışır. Qripdən ölənlərin əksəriyyəti qocalardır. Nə bir cavan ölüb, nə də uşaq. Bu da yaşlı adamlarda immun sisteminin zəifliyi ilə bağlıdır. İnşallah, bu bəla keçib gedər”, - deyə o bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 166 28.01.20 23:55