Bakının Qaradağ rayonunda xəstəxananın həyətində 19 yaşlı gənci bıçaqlamaqda təqsirli bilinən Şərbətli İlkin Surxay oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Median.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası yanvarın 31-nə təyin olunub.
Qeyd edək ki, hadisə oktyabrın 1-də rayonun Qobustan qəsəbəsində yerləşən Zaur Bayramov adına 9 saylı Birləşmiş Uşaq Xəstəxanasının həyətində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü İlkin Şərbətəli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Sənan Nəcəflini mətbəxt bıçağı ilə vuraraq xəsarət yetirib.
Həkimlərin səyi nəticəsində yaralını həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşları tərəfindən saxlanılan Şərbətəli İlkin Surxay oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci, yəni, qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ittiham elan olunub.//ölkə.az