63 minlik dələduzluq edən şəxs saxlanıldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

63 minlik dələduzluq edən şəxs saxlanıldı - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək, dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən rayonun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev saxlanılıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək, onun 30 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq, onların ümumilikdə 33 min manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakı da istisna deyil.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-yə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 813 28.01.20 13:13