Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum tutuldu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum tutuldu - FOTO

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olan, paytaxt sakini Natiq Hüseynov tutulub.

Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” konstruksiyalı atəşə yararlı tapança, bir ədəd həmin silaha məxsus daraq və üç ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunusuz olaraq üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 749 28.01.20 12:59