Bakının Hövsan qəsəbəsində kanalizasiya və çirkab suları, eləcə də, plastik tullantılar dənizə axıdılır.
Bununla bağlı oxu.az-a sakinlər müraciət edib.
Şikayətdə bildirilib ki, yaxınlıqda təmizləyici qurğunun tikilməsinə baxmayaraq, minlərlə plastik tullantı birbaşa dənizə axıdılır.
Redaksiyamıza daxil olan görüntülərdə bu, açıq-aşkar görünür.