Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Abdullayev Nəbi Səyyad oğlunu “VAZ-2106” markalı minik avtomobili vurub.
N. Abdullayev xəstəxanaya yerləşdirilib.
Piyadanın vəziyyətinin ağır olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.