Dağıntılar altından çıxarılan azərbaycanlı qadın: “Ərimə dedim, evinə baxma, evimiz qucağımızdadır” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Dağıntılar altından çıxarılan azərbaycanlı qadın: “Ərimə dedim, evinə baxma, evimiz qucağımızdadır” - VİDEO

Türkiyənin Elazığ vilayətində baş verən zəlzələdə zərərçəkənlər arasında Azərbaycandan olan Zeynalovlar ailəsi də var.

Acunn.com bu barədə TV8-in hazırladığı süjeti təqdim edib.


Arzu Zeynalovanın sözlərinə görə, təbii fəlakət baş verərkən binanın üçüncü mərtəbəsində olan mənzilində ailəsi və qohumları ilə bir yerdə olublar:

“Uşaq qucağımda idi. Üç dəfə yerə qoymaq istəsəm də, başım qarışdı, bunu etmədim. Yaxşı ki, qoymamışam. Allahım belə məsləhət bilib”.

Qadının sözlərinə görə, ümumiyyətlə, zəlzələdən çox qorxur, həyat yoldaşı da bunu bilir.

“İlk təkan yüngülvari oldu. Yoldaşıma zəlzələ olduğunu dedim. Mənə güldü. Bu an daha güclü təkan gəldi, divar çatladı, saat düşdü. Biz dərhal dəhlizə qaçdıq. O an uşağı qucağıma sıxmışdım, birdən ayaqlarım altından yer qaçdı, yoldaşım bizi qucaqladığı vəziyyətdə yerə əyildik. Qarşımızdakı yer də çökdü.

Ancaq uşağa baxırdım, mənə nə olmasının əhəmiyyəti yox idi. Üç dəfə aşağı getdik, ancaq Allaha şükür ki, ayağımızın altındakı döşəmə eləcə dururdu”, - deyə Arzu xanım o anları göz yaşları içində xatırlayır.

Qadının sözlərinə görə, telefonun işığında övladına baxıb, uşaq iki dəfə gözünü açıb baxıb, sonra isə gözlərini yumub:

“O anda dedim ki, uşaq getdi. Əmizdirmək istədim, südüm gəlmədi...”

“Yeddi dəqiqə orada qaldıq. Sağ-sola baxdım, heç nə yox idi... Yoldaşım iki-üç addım atdıqdan sonra bir səs gəldi... Qonşumuz idi, uşaqlarını çağırırdı. Onun səsini izlədik. Küçənin işığını gördük.

İnana bilmədim, halusinasiya gördüyümü düşündüm. Bir az getdikdən sonra ayağım yerə dəydi, düşündüm ki, üçüncü mərtəbədəyəm, ayağım yerə necə dəydi?.. Çölə çıxdıq, yoldaşım çox pis vəziyyətdə idi, şoka düşmüşdü. Çənəsini tutub yellədim. “Heç evinə baxma, evimiz qucağımızdadır”, - dedim.

O bildirib ki, iki ildir evlidirlər.


Aparıcının sözlərinə görə, həmin binada həlak olanlar çoxdur. Üç nəfər isə hələ də dağıntılar altında qalıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 791 27.01.20 17:37