Ağsu rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.
Füzuli Kərimli Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
Mirqubat Orucov isə İH-i başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, sentyabrda Vahid Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra İH-i başçısının birinci müavini Rasim Novruzov vəzifəsindən azad edilmişdi.
/oxu.az/