Hacı Nuran sevgililərindən danışdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Hacı Nuran sevgililərindən danışdı - VİDEO

Bağçada bir qızı sevmişdim. Əlbəttə ki, uşaq kimi. Tələbə olduğum illərdə yəni, birinci kursda oxuduğum zaman bir xanımı istəyirdim. Hətta evlənmək istəyirdik.

Median.Az
xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Hacı Nuran Xəzər TV-də yayımlanan “X maqazin” proqramında dilə gətirib.

O, ilk dəfə sevgisindən danışaraq, səmimi etirafları ilə diqqət çəkib.

“Neçə vaxt idi ki işə düzəlib, çalışmaq istəyirdim. Evdəkilər isə buna icazə vermirdilər. Çünki təhsilim çox ağır, çətin idi. Söylədilər ki, sən sadəcə oxu, təhsilini al. Sənin axı işləməyə nə ehtiyacın var? Halbuki, çalışmaq istəyirdim.

İşə düzəldim. Çalışdığım vaxtı isə başqa işə zamanım qalmırdı. Buna rəğmən həmin xanımla yenə görüşürdüm. Həmin anda ona təklif elədim ki, gəl evlənək. Amma bu istəyim baş tutmadı. Bəlkə də bu Allahın bir qisməti idi.

Ondan sonra bir şirkətdə işə başladım. Həmin şirkətin rəhbəri idim. Başqa bir şirkətin qadın rəhbəri ilə tanış oldum. O xanıma dəhşətli dərəcədə aşiq olmuşdum. İşimi-gücümü atıb, bütün vaxtımı onunla keçirirdim. Ona işlə əlaqədər ABŞ-a köçmək təklifi gəldi. Onun bacısı söylədi ki, bu təklifə razılığını ver, sonra qayıdarsan. O da bu təklifi qəbul edib, ABŞ-a getdi. Müəyyən vaxt orada qaldı.

Mənim o zaman hər iki valideynim sağ idi. Fikirləşirdim ki, getsəm, uzunmüddətli gedəcəyəm. Düşündüm ki, orada olsam birdən valideynlərimə nəsə olar. Mən evə, valideynlərimə bağlı insanam. Onları qoyub, gedə bilmədim.

Xanım məni çox sevirdi. Xanımın valideynləri mənə yalvardılar ki, qızları ilə birlikdə ABŞ-a gedim. Hətta biletimi belə almışdılar. Amma getmədim.

Hər şeyi qismətə bağlayıram. Artıq 30 yaşım olanda söylədilər ki vaxt vədə yetişib, evlənmək lazımdır. Amma qaldı. Evlənməyi çox istəyirəm. Bu il evlənməyi düşünürəm. Hər şey yaxşı olmalıdır. Siçan ili bizə düşərli olsun”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 726 25.01.20 20:52