Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər |
Mojo.az Avto
Mojo.az Avto

Əməkdar artist: Azərbaycan qadınını ərəblərə intim xidmətə təklif edən kişini döydüm - VİDEO

25.01.2020 15:00 3 198
Əməkdar artist: Azərbaycan qadınını ərəblərə intim xidmətə təklif edən kişini döydüm - VİDEO
Bakıya gələn ərəblər “Fəvvarələr” meydanında nalayiq hərəkətlər edirlər. Heç bir azərbaycanlı kişinin bu, xoşuna gəlmir. Əgər kimsə binamusluğu, bişərəfliyi boynuna götürürsə, bu, onun problemidir. Şəxsən mən bunu qəbul edə bilmirəm. Müəyyən insanlarımız var ki, Moskvada və Rusiyanın digər şəhərlərində özlərini ərəblər burada apardığı kimi aparırlar.

Bunu Əməkdar artist Bəhram Bağırzadə bəstəkar-müğənni Murad Arifin “Youtube”da yayımlanan “Popumuz var” verlişində deyib.

Sənətçi bir azərbaycanlı qadını intim xidmət göstərmək üçün ərəblərə təklif edən kişini döydüyünü etiraf edib:

“Başa düşürəm ki, bu sözlərimdən sonra hamı məni tənqid edəcək, amma bunları söyləməliyəm. Əgər ərəblər Bakıya gəlib özlərini pis aparırlarsa, deməli, burada günah bizdədir. Biz o səviyyəyə gətirib çatdırmışıq ki, onlar Azərbaycan və müsəlman qadınlarına belə sataşırlar.

Hər zaman demişəm ki, qadın fahişə deyil, kişi fahişədir ki, qadını o günə salır. İctimai qınaq olmalıdır. Polislər baş verənlərə göz yummamalıdır. Hər kişi bunu götürə bilmir. Bir kişi (kül onun kişi başına) azərbaycanlı qadını ərəbə təklif edirdi.

Azərbaycan qadını isə milli paltarda idi. Ərəblər kənarda durub, baxıb gülürdülər. Azərbaycan qadınını o vəziyyətə qoyan kişi təhqir edirdi ki, “Baxın görün, bizim belə qadınlarımız var”. Ərəblər görə-görə mən bu kişinin üstünə cumub, çənəsinə yumruq zərbəsi endirdim. Düzdür, sonra ciddi problemlərim yarandı. Amma mən bunu etdim”.
/oxu.az/


Son xəbərlər