Koronavirus Avropaya keçdi – İlk yoluxanlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Koronavirus Avropaya keçdi – İlk yoluxanlar var

Avropada koronavirusun yeni növünə ilk tutulanlar müəyyən edilib. Fransa Səhiyyə Nazirliyi Parisdə və Bordoda iki yoluxma halını təsdiqləyib və yoluxmuş şəxslərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Məlumata əsasən, Bordodan olan xəstə (mənşəcə çinli) bu yaxınlarda Çində olub və Uxan şəhərinə də gedib. Fransaya qayıtdıqdan sonra onlarla insanla ünsiyyətdə olub. Parisli xəstə haqqında isə informasiya yoxdur.

Bir müddət əvvəl isə iki nəfər bu diaqnozla ABŞ-da xəstəxanaya yerləşdirilib və bir yoluxma hadisəsi də Nepalda qeydə alınıb.

Xatırladaq ki, 2019-cu il 31 dekabrda Çin hökuməti Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin başlandığını açıqlayıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni koronavirus növü olduğu məlum olub.

Çində ən yüksək reaksiya səviyyəsi elan edilib. Sətəlcəm xəstələrinin sayı 830 nəfərə çatıb, 20-dən artıq insan dünyasını dəyişib. Cümə axşamından Uxanla aviasiya, dəmir yolu və digər nəqliyyat əlaqələri dayandırılıb. Vilayətin digər şəhərlərinin də giriş və çıxışları bağlanıb. Uxanda klinika-laboratoriya tikilir və tibb işçilərinə kömək etmək üçün ordu cəlb edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 975 25.01.20 13:49