Məşhur repçi oğurluğa görə saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Məşhur repçi oğurluğa görə saxlanıldı
ABŞ-da tanınmış repçi YG (əsil adı Kinon Cekson) oğurluqda şübhəli bilinərək saxlanılıb.

“CBS News”un məlumatına əsasən, Los-Anceles polisi 29 yaşlı musiqiçinin evində yanvarın 24-də axtarış aparıb.

Bildirilir ki, YG hüquq-mühafizə orqanları tərəfindən məhz bu axtarışdan sonra saxlanılıb.

Şerif musiqiçinin həbsinə dair şərh verməyib.

Qeyd edək ki, iki gündən sonra YG nüfuzlu “Grammy” mükafatının təqdimat mərasimində çıxış etməli idi.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 038 25.01.20 13:37