“Dəyirman öz işindədir”: Azyaşlılara hələ də enerji içkisi satılır – Marketlərin gülməli arqumenti » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Dəyirman öz işindədir”: Azyaşlılara hələ də enerji içkisi satılır – Marketlərin gülməli arqumenti

Bu gün marketlərdə 18 yaşından kiçik şəxslər heç bir problemsiz enerji içkiləri ala bilirlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunub. Bu qaydalar yanvar ayının 1-dən etibarən qüvvəyə minib. Amma tətbiq mexanizmi bir o qədər də effektiv deyil.

Qaydalar icazə verməsə də, görünən odur ki, marketlər məhsullarını satmaqda maraqlıdırlar. Onlar üçün fərq etmir ki, alıcının 18 yaşı var, yoxsa yox.

Bu məsələyə toxunmağımızın səbəbi marketlərdən birində qarşılaşdığımız mənzərə oldu. Alış-veriş zamanı 10-12 yaşlarında bir uşağın soyuducudan enerji içkisi götürdüyünü gördük. Azyaşlı olduğu üçün satıcının məhsulu ona satıb-satmayacağını dəqiqləşdirmək üçün kassaya qədər izlədik. Nəticə isə, təəssüf ki, düşündüyümüz kimi oldu. Satıcı bu məhsulu uşağa satdı.

Azyaşlının enerji içkisini özü üçün deyil, başqası üçün aldığını deməsi satıcı üçün kifayət qədər sərfəli “arqument” oldu.

Məsələnin maraqlı tərəfi isə AQTA tərəfindən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”nı hansı mexanizmlə tənzimlənməsidir. Aydındır ki, bu kimi faktları görən vətəndaşların müraciəti əsasında inzibati tədbirlər görülür. Bəs görünməyən hallar necə?

Faktla bağlı AQTA-ya müraciət edərək, bu qaydalara riayət olunub-olunmamasına hansı şəkildə nəzarət edildiyini soruşduq.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir:

“Azərbaycan Respublikasinin Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Enerji içkilərinə dair sanitariya norma və qaydaları”da nəzərdə tutulan tələblərə əməl edilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər həyata keçirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati tədbirlər görülür.

Əgər vətəndaşlar sözügedən tələblərin pozulması və eləcə də, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satılması halları ilə qarşılaşsalar, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırmalara başlanılacaq və qanuna müvafiq tədbirlər görüləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            856 25.01.20 13:13