Vilayət Eyvazovdan yeni TƏYİNAT » Median.Az - Bütün xəbərlər bir ünvanda


Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Bununla bağlı əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Aslanov Çingiz Rauf oğlu Gəncə Şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Sumqayıt Rayon Polis idarəsinin Cinayət Axtarışı şöbəsinin rəis, daha sonra Gəncə ŞBPİ-nin cinayət axtarış idarəsinə rəis olaraq çalışıb.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini vəzifəsini Müqalib Abdıyev icra edib.

O, bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsinə rəis gətirilib.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 042 24.01.20 11:17