İstilik sistemi işləməyən məktəblə bağlı nazirlikdən AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda


İstilik sistemi işləməyən məktəblə bağlı nazirlikdən AÇIQLAMA
Füzuli rayonu Bala Bəhmənli kənd orta məktəbində istilik sistemi işləmədiyi üçün şagirdlər soyuq otaqlarda dərs keçirlər.

Axar.az xəbər verir ki, bu barədə sözügedən məktəbin tarix müəllimi Bəşir Əliyev məlumat paylaşıb.

O, dərs dediyi beşinci sinif şagirdlərinin qış gödəkçəsində oturduğu fotonu paylaşaraq, problemlə bağlı Təhsil naziri Ceyhun Bayramova müraciət edib:

“Bura Füzuli rayonu Bala Bəhmənli kənd orta məktəbidir, bunlar isə beşinci sinif şagirdləridir, mənfi 2 dərəcə şaxtada dərs oxumağa çalışırlar. 70 kvadratmetr otağı bir qızdırıcı ilə isitməyə çalışırıq. Xahiş edirik, gələcəyimizi xilas etmək üçün bizə kömək edin”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda sözügedən məktəbin əsaslı təmiri nəzərdə tutulub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          523 23.01.20 17:07