Yaşlı kişi dəm qazından boğularaq ölüb – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Yaşlı kişi dəm qazından boğularaq ölüb – VİDEO
Tovuz rayonunda dəm qazından boğulma hadisəsi baş verib.

Hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Kənd sakini, 67 yaşlı Hüseynov Oktay Qarakişi oğlu dəm qazından boğulub.

İkimərtəbəli evin birinci mərtəbəsinə baxış keçirilən zaman Oktay Hüseynovun öldüyü məlum olub.

İlkin məlumata görə, hadisə Oktay Hüseynov yatdığı zaman baş verib.

Əraziyə Tovuz Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.
/oxu.az



скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          872 23.01.20 11:40