Bütün Avropanı velosipedlə gəzən azərbaycanlı 51 gündür yoldadır - Fotolar » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bütün Avropanı velosipedlə gəzən azərbaycanlı 51 gündür yoldadır - Fotolar
Səyahəti sevən insanlar, adətən, təyyarə, qatar, avtobus kimi nəqliyyat vasitələrindən istifadə edir. Azərbaycanlılardan biri isə bütün Avropanı velosipedlə gəzmək qərarına gəlib.

Median.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Ağa Mehdi 51 gündür yoldadır. Estoniyanın paytaxtı Tallindən velosipedlə yola çıxan həmvətənimiz səfərini Lissabonda (Portuqaliya) başa vurmaq fikrindədir.


Ağa Mehdinin məqsədi adi səyahət deyil. O, dünya ictimaiyyətinin diqqətini ekoloji problemlərə, xüsusilə qlobal istiləşməyə çəkmək istəyir.

Azərbaycanlı səyyah sosial şəbəkə hesablarında səfəri barədə ətraflı məlumat paylaşır, şəkillər, videolar yerləşdirir. Buradan görünür ki, Ağa artıq İsveçrədədir. O, son şəkillərdən birini isveçrəli yeniyetmələrlə çəkdirib. Səyyah İsveçrənin təbiətinin gözəlliyini, ekoloji təmizliyi xüsusi qeyd edib.


Ağa Mehdi daha çox almanlar haqda yüksək fikir yazıb. Onun fikrincə, bu xalqın nümayəndələri ilk imkandaca gözəl niyyətini ortaya qoyur.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 088 22.01.20 23:20