İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşüb

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin iştirakı ilə qlobal və regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunuldu.

Bildirildi ki, yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya üçün yeni baxış – dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda keçirilən iclasda bu layihənin önəmi qeyd edilib və onun yeni əməkdaşlıq formatının yaradılmasında xüsusi rolu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 242 22.01.20 21:19