Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıt İcra Hakimiyyətindən "Bu şəhərdə"yə: "Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?"

22.01.2020 20:43 2 191
Sumqayıt İcra Hakimiyyətindən
"Bu şəhərdə"nin Sumqayıtdakı konserti təxirə salınıb. Bu barədə komandanın instaqram səhifəsində məlumat verilib.

Qeyd olunub ki, martın 1-2-si üçün nəzərdə tutulan proqram baş:

"Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si "Bu şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.

Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zalnan danışılır. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən "Bu şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Modern.az-a açıqlama verib:

"Konsertin keçirilməsi ilə bağlı bizə müraciət olunub. Məktublara da prosedur qaydasına uyğun olaraq cavab veriləcək. Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb? Əslində bu barədə mən Müşviq bəylə danışdım, bildirdim ki, məktubun baxılması məsələsi hardasa bir neçə gün vaxt alır. Tam baxılandan sonra cavab veriləcək. Əgər istəsələr konsert təşkil olunacaq”.

Son xəbərlər