BDU-nun ölən tələbəsinin atası Rusiya səfirliyinə müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |    

BDU-nun ölən tələbəsinin atası Rusiya səfirliyinə müraciət edib

BDU-nun üç tələbəsinin zəhərlənməsi və onlardan birinin - Şəkər Faiq qızı Xasmətovanın ölümündən tam iki ay ötür. Kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, sözügedən faktla bağlı hələ də məhkəmə-tibbi ekspertizasının nəticələri hazır deyil.

Ekspertizanın nəticələrinin yubanması ilə əlaqədar Ş.Xasmətovanın yaxın qohumları Oxu.Az-a müraciət edib və sözügedən məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Onların sözlərinə görə, bu vəziyyət qızın cinayət qurbanı ola biləcəyinə dair şübhələri gücləndirir.

Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr - 1999-cu il təvəllüdlü Ş.Xasmətova, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadova zəhərləniblər. Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü, digər iki qızın isə kritik vəziyyətdə Bir Saylı Kliniki Tibbi Mərkəzə gətirildiyini bildiriblər.

Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal etdi. Lakin cəsədin patoloq anatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların hansı maddə olduğu hələ də bilinməyən toksik maddə ilə zəhərləndiyi qənaətinə gəldi.

Dekabrın 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərə açıqlama verib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan, zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zəhərlənmənin səbəblərini və digər halları aydınlaşdırmaq üçün müvafiq ekspertizalar təyin edilib.

Bu müddət ərzində H.İbadova və D.Quliyeva sağalıb və hətta xəstəxanadan evə buraxılıb. Lakin Bakı Şəhər Prokurorluğu sirlə dolu bu qaranlıq işi aydınlaşdırmağa tələsmir.

Məhkəmə kimyəvi araşdırmasının niyə bu qədər uzun sürməsinin səbəbini öyrənmək üçün Oxu.Az-ın müxbiri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənova müraciət edib.

“Ölənin qan nümunələrində zəhərli kimyəvi maddələrin tərkibinin müəyyənləşdirilməsi işləri davam edir və buna görə istintaqın təfərrüatını hansısa şəkildə şərh edə bilmirik”, - Ə.Həsənov bildirib.

Ş.Xasmətovanın qan nümunələrinin müayinə üçün Rusiyaya göndərilməsinin doğru olub-olmadığını soruşduqda Ə.Həsənov bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda bu cür ekspertizanın aparılması üçün hər cür imkan var.

Yeri gəlmişkən, məhkəmə toksikologiya mütəxəssisləri Oxu.Az-la söhbətində bəyan etdilər ki, kimyəvi ekspertiza üçün maksimum bir ay vaxt verilir. Kimyəvi ilə yanaşı, histoloji müayinə də aparılır. Ancaq hətta bu halda belə ekspertizanın aparılma müddəti bir ayı ötməməlidir. Bundan əlavə, qanun müayinə müddətinin əsassız uzadılmasına görə cəza nəzərdə tutur. Ən müstəsna hallarda, araşdırma üçün zəruri olan bəzi maddələrin çatışmazlığı halında müayinənin nəticəsini təxirə sala bilərlər.

İstintaq orqanları ictimaiyyəti bu məsələdən xəbərsiz saxlayır və ən azı bu fakt Ş.Xasmətovanın ölümündə hər şeyin göründüyü qədər sadə olmadığını göstərir.

Xasmətovlar ailəsinin vəkili Türkel Süleymanlı öz növbəsində Oxu.Az-a bəyan edib ki, o da hamı qədər məlumatlıdır.

“İstintaq deyir ki, ekspertizanın nəticəsini gözləyir. Yanvarın 22-də qızın atası Faiq Xasmətov Bakı Şəhər Prokurorluğuna çağırıldı və biz oraya getməyə hazırlaşırıq. Bundan əlavə, F.Xasmətov Rusiya vətəndaşı olduğu üçün RF-nın Azərbaycandakı səfirliyinə şikayətlə müraciət etdik. Hamımız həqiqəti bilmək istəyirik”, - deyə vəkil bəyan edib.

Bakı Şəhər Prokurorluğu Oxu.Az-a tələbələrin, xüsusən də Şəkər Xasmətovanın zəhərlənməsinə nəyin səbəb olduğu barədə sualına cavab verməyib. Ancaq qeyd etdilər ki, yaxın vaxtlarda istintaqın təfərrüatı açıqlanacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            835 22.01.20 19:32